İyun 21, 2024 19:29 Asia/Baku
  • Ermənistan müstəqil Fələstin ölkəsini rəsmən tanıdı

Sionist rejimin Qəzzənin mülki infrastrukturlarına qarşı hücumları və Qəzzədəki mülkilərə qarşı zorakılıqlarını pisləyən Ermənistan hökuməti bildiribdir ki, iyunun iyirmi birindən etibarən, müstəqil Fələstin ölkəsini rəsmən tanıyır.

Ermənistan Xarici İşlər Nazirliyi bir bəyanatda bildiribdir ki: Qəzzədəki fəlakətli insan durumu/ həll yoluna ehtiyacı olan və beynəlxalq siyasi iş gündəmində duran əsas məsələlərdən biridir.

Bəyanatda sonra deyilir: Ermənistan Respublikası mülki infrastrukturların hədəfə alınması və mülki əhaliyə qarşı zorakılığı qətiyyətlə pisləyir.

Ermənistan Xarici İşlər Nazirliyi vurğulayıb: Ermənistan Respublikası Qəzzədə təcili atəşkəs tələb edən BMT Baş Assambleyasının qətnamələrinə qatılıbdır.

Bəyanatın sonunda deyilir:  Ermənistan Respublikası yuxarıda qeyd olunan hallara əsasən və özünün beynəlxalq qanunlara olan öhdəliyi, xalqların bərabərliyi, suverenlik və dinc yanaşı yaşamanı təsdiq etməklə Fələstin ölkəsini rəsmən tanıyır.

Bundan öncə İspaniya, Sloveniya və İrlandiya kimi üç Avropa ölkəsi də Fələstin ölkəsini rəsmən tanımışdı.