İyun 22, 2024 19:26 Asia/Baku
  • İsrailə nifrət Qəzzəyə dəstək qlobal aksiyalar davam edir

Bir çox ərəb və Qərb ölkələrində minlərlə insan Qəzzə xalqına dəstək nümayiş etdirərək, sionist rejimin boykot edilməsini tələb ediblər.

Mərakeşin müxtəlif şəhərlərində minlərlə insan növbəti dəfə Qəzzə xalqı ilə həmrəylik nümayiş etdirərək, sionist rejim və onu dəstəkləyən Qərb ölkələrinə qarşı ticarət embarqosunu tələb ediblər.

İsrail rejiminə qarşı nifrət dolu aksiyalardan biri də İordaniyanın paytaxtı Əmmanda baş tutub. Xalq sionist işğalçıların Qəzzə zolağına təcavüzü qarşısında Fələstin müqavimətinə dəstək mitinqində iştirak edib.

Həmçinin Almaniyada Fələstinə tərəfdarlıq edən tələbələr Berlin Azad Universitetinin “Henry Ford Bow” binası qarşısında fələstinlilərlə həmrəylik üçün  kütləvi aksiya keçiriblər.

Almaniyanın Kiel şəhərindəki "Tissen Krupp" silah fabrikinin qarşısına toplaşan on minlərlə insan işğal olunmuş ərazilərə silah ixracının dayandırılmasını tələb ediblər.

Eyni zamanda, Malayziyanın paytaxtı Kuala Lumpurda Amerika səfirliyi qarşısında yürüş keçirilib. Aksiya iştirakçıları Qəzza zolağında müharibənin dayandırılmasını və bu bölgəyə yardımların sürətlə göndərilməsini tələb edəcək şüarlar səsləndiriblər.

Etirazlar Fransada da davam edib. Luvr muzeyində tələbələr Qəzzədə sionist rejimin apardığı soyqırımını pisləyiblər.

İsveç də Göteborq şəhərinin mərkəzi stansiyasında “Əl-beyt” hərbi sənaye şirkətinə qarşı Fələstinə dəstək üçün etiraz aksiyası təşkil edilib. 

Bundan əlavə bir çox fələstinli tərəfdarlar BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı yaxınlığında ABŞ səfirliyinə doğru yürüş edərək, beynəlxalq təşkilatların Qəzzədə fələstinlilərin soyqırımını dayandıra bilmədiklərini səsləndirəcək şüarlar veriblər.

Yürüş iştirakçıları daha sonra İsrail rejiminin Nyu Yorkdakı konsulluğuna doğru irəliləyərək Qəzzədə fələstinlilərin soyqırımı davam etdikcə küçə etirazlarının davam edəcəyini bildiriblər.