Baydendən şok xəbər: "ABŞ əsgərləri həlak edildi"
https://azeri.sahartv.ir/news/dünya-i412357-baydendən_şok_xəbər_abŞ_əsgərləri_həlak_edildi
Ötən gecə ABŞ prezidentliyinə namizədlər arasında ilk qalmaqallı debat olub.
(last modified 2024-07-29T05:17:51+00:00 )
İyun 28, 2024 11:39 Asia/Baku
  • Baydendən şok xəbər:

Ötən gecə ABŞ prezidentliyinə namizədlər arasında ilk qalmaqallı debat olub.

Baydenlə Tramp arasında baş tutmuş bu debatda Birləşmiş Ştatlar prezidenti 5 il bundan öncə Amerikanın İraqdakı "Eynül-Əsəd" hərbi bazasına vurduğu raket zərbələrindən danışıb.“Siz prezident olanda İran Amerika əsgərlərinə hücum etdi və nəticədə bu əsgərlərdən bir çoxu həlak oldu və beyin sarsıntıları keçirdi"- Co Bayden rəqibi Trampa söyləyib.Bunun ardınca Co Bayden o vaxtkı Tramp hakimiyyətini küçümsəyərək daha sonra bildirib ki, siz həmin vaxt heç nə edə bilmədiniz və yalnız bəzi əsgərlərin başağrısı tutduğunu dediniz.