İyul 01, 2024 12:57 Asia/Baku
  • ABŞ sanksiyaları Rusiyanı gücləndirib

ABŞ prezidentliyinə müstəqil namizəd Robert Kennedi bildirib ki, Amerikanın Rusiyaya qarşı sanksiyaları nəticə vermir və Rusiya iqtisadiyyatını ancaq gücləndirir.

Robert Kennedi, bu barədə Tom Bilyeu YouTube kanalına müsahibəsində bildirib.

Kiçik Kennedi qeyd edib ki, bu gün Rusiya sanksiyalara qarşı immunitetə ​​malikdir və Rusiya lideri Vladimir Putin ABŞ-ın Rusiya Federasiyasına hücuma başladığı vaxtdan daha populyardır.

“Bu, sadəcə olaraq, ölkəmiz üçün fəlakətdir” - o, əlavə edib.

Putin daha əvvəl bəyan etmişdi ki, ABŞ yeni sanksiyalarla Rusiya iqtisadiyyatını yıxmağa çalışır, lakin Moskvanı cilovlamaq və təcrid etmək üçün bütün cəhdlər uğursuz alınıb.

Bundan əvvəl politoloq və ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Erl Rasmussen bildirib ki, ikinci dərəcəli sanksiyaların tətbiqi ABŞ və bütövlükdə Qərbin daha da təcrid olunmasına gətirib çıxaracaq.

Britaniyanın "Daily Mail" qəzeti də  bir sıra ekspertlərə istinadən yazır ki,

Rusiya iqtisadiyyatı aktiv şəkildə inkişaf etməyə davam edir və Qərbin sanksiyalarına baxmayaraq, G7 ölkələrinin artım templərini üstələyir, Aİ ölkələri isə Rusiya Federasiyasını təcrid etməyə çalışaraq "öz ayaqlarına atəş açırlar.

Qeyd edək ki, son vaxtlar Vaşinqtonda Orta Şərq müəssisəsinin keçirdiyi vebinarda ABŞ-ın İrana qarşı sanksiyalarının da nəticəsiz olduğu etiraf edilmişdi. Həmin verbinarda iştirak edən mütəxəssislər bildirdilər ki, ABŞ-ın İrana qarşı sanksiyaları İranın neft ixracatını məhdudlaşdırsa da İranın dövlət şirkətlərinin güclənməsinə və onların sanksiyalardan yan keçmək qabiliyyətinin artmasına səbəb olaraq İran dövlətinin büdcə gəlirlərinin artması ilə nəticələnib.

 

Teqlər