Avropa İttifaqı Ermənistana hərbi yardım edəcək
https://azeri.sahartv.ir/news/dünya-i412647-avropa_İttifaqı_ermənistana_hərbi_yardım_edəcək
Macarıstan Avropa İttifaqının Ermənistana ilk hərbi yardımına veto qoymağı dayandırıb.
(last modified 2024-07-07T02:40:04+00:00 )
İyul 06, 2024 12:19 Asia/Baku
  • Avropa İttifaqı Ermənistana hərbi yardım edəcək

Macarıstan Avropa İttifaqının Ermənistana ilk hərbi yardımına veto qoymağı dayandırıb.

Avropa İttifaqının diplomatik mənbələri deyiblər ki, aylarla davam edən müzakirələrdən sonra 27 dövlətdən ibarət blok bu ilin əvvəlində Aİ tərəfdaşlarının müdafiə qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş xüsusi fond olan Avropa Sülh Fondundan 10 milyon avro dəyərində “qeyri-öldürücü” yardımı təsdiqləyib.

Qeyd edək ki, apreldə Macarıstan bu qərarın qəbuluna veto qoymuşdu.

Mənbələr bildiriblər ki, iyulun 1-də Aİ-nin dönəmli sədrliyini təhvil alan Budapeşt sonradan digər Avropa ölkələri ilə kompromis razılaşmasının bir hissəsi kimi vetodan imtina etməyə razılaşıb.

Adının açıqlanmasını istəməyən mənbələr əlavə edib ki, Aİ xarici işlər nazirlərinin iyulun 22-də keçiriləcək növbəti iclasında Ermənistana hərbi yardıma son yaşıl işıq yandıracağı gözlənilir.