İyul 08, 2024 12:43 Asia/Baku
  • Daha dörd demokrat Baydeni prezident seçkilərindən geri çəkilməyə çağırır

ABŞ Nümayəndələr Palatasındakı daha dörd demokrat üzvü prezident Co Baydeni başqasının partiyanın prezidentliyə namizədi olmasına icazə vermək üçün prezident seçkiləri yarışından kənara çəkilməyə çağırıblar.

"Politico"nun məlumatına görə, Nümayəndələr Palatasının demokratları Vaşinqtondan Adam Smit, Nyu Yorkdan Cerri Nadler, Kaliforniyadan Mark Takano və Nyu Yorkdan Co Morelle Nümayəndələr Palatasında demokrat azlığın lideri Hakeem Jeffries ilə 2 saatlıq xüsusi telefon danışığında Baydenin yarışdan çıxmasının lazım olduğunu vurğulayıblar. 

Həmçinin, Konnektikutdan olan nümayəndələr Cim Himes, Kaliforniyadan Zoe Lofqren, Virciniyadan Don Beyer və Merilend ştatından olan Jamie Raskin də Jeffries ilə telefon danışığında Baydenin prezident seçkiləri yarışlarındakı vəziyyətindən narahat olduqlarını bildiriblər.

Bundan əvvəl Angie Craig, Texas nümayəndəsi Lloyd Doggett, Arizona nümayəndəsi Raul Grijalva və İllinoys ştatından Mayk Quigley Baydenin yarışdan çəkilməsini tələb etmişdi.

Virciniya ştatından senator Mark Varner də Baydenin seçkilərdən geri çəkilməsini müzakirə etmək üçün cari həftədə bir qrup Senat Demokratları ilə görüş keçirəcəyini bildirib. 

ABŞ-da prezident seçkilərinin noyabrda keçirilməsi planlaşdırılır və hər iki əsas namizəd fərqli problemlərlə üz-üzədir; Co Bayden, yaşının çox olması və aydın fiziki qüsuru, həmçinin oğlu Hunter Baydenə qarşı ittihamlar səbəbindən seçicilər arasında populyar deyil, Donald Trump da hələ də prezidentliyi dövründəki ilə ittihamlarla əlbəyaxadır.

Bayden Trampla ilk debatda kəkələdi, söhbətlərinə çox fasilə verdi və debat boyu fikirlərini aydın ifadə edə bilmədi. Bunun ardınca onun seçki kampaniyasını davam etdirmək üçün əqli və fiziki qabiliyyəti ilə bağlı şübhələr artdı.

ABŞ prezidenti şənbə günü ABC Newa verdiyi müsahibədə iddia etdi ki, onun Trampla debatdakı titrək performansı zəif hazırlıq, yorğunluq və xəstəliklə bağlıdır.

Bununla belə, o, dəfələrlə vurğulayıb ki, seçki yarışından geri çəkilməyəcək.

Teqlər