İyul 08, 2024 14:58 Asia/Baku
  • ABŞ polisi ayda 100-dən çox vətəndaşı qətlə yetirir

2024-cü ilin ilk günündən ABŞ-da polis tərəfindən 636 nəfər öldürülüb. Polis zorakılığına dair baza (mappingpoliceviolence.us) bu barədə məlumat yayıb.

Məlumata görə, bu ilin ilk 6 ayında yalnız 8 gün ərzində polis qətli hadisəsi qeydə alınmayıb. 2023-cü ildə isə polis tərəfindən öldürülən insanların sayı 1 247 olub və onlardan 27 faizini qaradərililər təşkil edib . Son 10 ildə polisin törətdiyi ən çox qətl hadisəsi 2023-cü ildə qeydə alınıb və 2024-cü ilin ilk 6 ayındakı göstəricilər artım tendensiyasını göstərir.

Beləliklə, 2013-2023-cü illər arasında polis tərəfindən törədilən qətllərin 98,1 faizi üçün polis əməkdaşları cinayət məsuliyyətinə cəlb olunmayıb. 2023-cü ildə ən çox polis qətli Nyu-Meksiko ştatında baş verib. Ümumilikdə, 2013-cü ildən bu günə qədər polis 12 910 nəfəri öldürüb.

 

 

Teqlər