ABŞ-ın Suriyadakı hərbi bazası hədəfə alınıb
Amerika hərbçilərinin Suriyada yerləşən hərbi bazası üçüncü dəfə hədəfə alınıb.
Suriya vaxtaşırı ABŞ ordusunun yerləşdiyi bazalara qarşı hücumların şahididir.
«Yer-yer» tipli raketlər və naməlum pilotsuzların hücumları hədəfinə çevrilən bazalardan/ Əttənf bazasına, İraqla sərhəddə yerləşən Əlmalikiyyə bazasına, eləcə də Əlhəsəkə əyalətində yerləşən bazaya və Əşşəddadi bazasına işarə etmək olar.
Amerikalı hərbçilərin Suriyanın Diyrəzzur bölgəsinin şərq hissəsindəki Koniko qaz yatağında yerləşən bazası ötən sutka ərzində üçüncü dəfə raketlə hədəfə alınıb və bazanın daxilində bir neçə güclü partlayış səsi eşidilib.
Bu hücumdan sonra Amerikanın hərbi təyyarə və helikopterləri havaya qalxıblar.
İndiyədək heç bir şəxs və ya qrup bu hücumun məsuliyyətini üzərinə götürməyibdir.
Sionist rejimin Qəzzə zolağına qarşı müharibəsinin başlanması və bu rejimin bombardmançı təyyarələri tərəfindən sözügedən bölgədəki müalicə və təhsil mərkəzləri, həmçinin yaşayış massivlərinin intensiv şəkildə bombalanması ilə/ regiondakı islami müqavimət qruplarının hər biri/ məzlum Qəzzə əhalisini himayə üzrə vəzifəni üzərinə götürüb.
Bu arada, İraq və Suriyadakı amerikan bazaları yüz dəfədən çox hədəfə alan iraqlı qruplar amerikalılara anladıblar ki, Qəzzə əhalisinin qırğın edilməsi istiqamətində sionist rejimə dəstək/ onlara baha başa gələcək.