BMT Təhlükəsizlik Şurası iclas keçirdi
HƏMAS liderinin şəhadəti müzakirə edildi
Avq 01, 2024 14:36 Asia/Baku
BMT Təhlükəsizlik Şurası HƏMAS lideri İsmayıl Həniyyənin şəhadəti və Yaxın Şərqdəki vəziyyətlə bağlı təcili iclas keçirib.
Bu məlumata əsasən, toplantı İran İslam Respublikasının çağırışı, Rusiya, Əlcəzair və Çinin dəstəyi ilə baş tutub.
İranın BMT-dəki nümayəndəsi çıxış edərək bildirib ki, HƏMAS-ın siyasi lideri İsmayıl Həniyyənin öldürülməsi ciddi əhəmiyyət kəsb edən və aktual məsələdir.
ABŞ-in BMT-dəki nümayəndəsi isə çıxışı zamanı qeyd edib ki, ABŞ HƏMAS liderinin öldürülməsindən xəbərsiz olub və bu işdə iştirak etməyib. O bildirib ki, bu, region üçün təhlükəli vəziyyət yaradır və üzvləri regiondakı bu gərginliyi azaltmaq üçün birgə işləməyə çağırıb.