Avq 02, 2024 14:24 Asia/Baku
  • Məhbus mübadiləsi MİT-in nəzarətində həyata keçib

Avqustun 1-də Ankarada Rusiya ilə ABŞ arasında baş tutan məhbus mübadiləsinin detalları açıqlanıb. Bu barədə “Hürriyet” yazıb.

“Hürriyet” qəzeti bildirir ki, Rusiya və Qərb rəsmiləri iyul ayında Türkiyədə görüşüb və müzakirələr aparıblar. Nəticədə məhbus mübadiləsi barədə razılıq əldə olunub.

Məlumatda deyilir ki, prosesin bütün təhlükəsizlik və logistik məsələləri həmçinin qarşılıqlı koordinasiya eləcə də məhbusların öz ölkələrinə təhlükəsiz qayıdışı MİT-in öhdəliyində olub.

Qeyd edək ki, avqustun 1-də Ankarada Rusiya ilə Qərb ölkələri arasında məhbus mübadiləsi həyata keçirilib. Bu, “soyuq müharibə”dən sonra tərəflər arasında ən genişmiqyaslı məhbus mübadiləsi hesab olunur.