Bayden və Netanyahu telefonla Təl-Əvivi müdafiə haqda danışıblar
Bayden və Netanyahu Təl-Əvivi müdafiə üçün yeni hərbi sistemin yerləşdirilməsi haqda telefonla söhbət ediblər
Vaşinqtonun zahirdə sionist rejimin Beyrutda və Tehrandakı terror silsiləsinin regional müharibəyə çevrilməsinin qarşısını almaq ardınca olduğu bir halda, Bayden və Netanyahu Təl-Əvivi müdafiə etmək üçün yeni hərbi sistemin yerləşdirilməsi haqda otuz dəqiqə müddətinə telefonla söhbət ediblər.
Üç Amerika rəsmisi “Axios” amerikan informasiya vebsaytına deyibdir ki, Vaşinqton/ İranın/ Həmas-ın siyasi bürosunun sədri İsmayıl Həniyyənin Tehranda terror edilməsinə cavab olaraq, bir neçə gün ərzində işğal olunmuş ərazilərə hücum edəcəyi barədə qane edilib və onunla mübarizə aparmağa hazırlaşır.
Axios vebsaytına əsasən, Ağ Ev də bildiribdir ki, ABŞ prezidenti Co Bayden sionist rejimin baş naziri Benyamin Netanyahu ilə bu telefon söhbətində Həmas, Hizbullah və husilər də daxil olmaqla İranın bütün təhdidləri qarşısında İsrail rejiminin təhlükəsizliyinə dair öhdəliyinə bir daha təkid edib.
Bəyanatda sonra deyilir: Bayden həmçinin pilotsuzlar və ballistik raketlər də daxil olmaqla təhdidlər qarşısında İsrail rejiminin müdafiəsinə dəstək üzrə səylərlə bağlı Birləşmiş Ştatların yeni hərbi-müdafiə sisteminin yerləşdirilməsi barədə söhbət və regionda gərginliyin aradan qaldırılması zərurətinə təkid edib.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei İsmayıl Həniyyənin şəhadətindən sonra etdikləri müraciətdə şəhid İsmayıl Həniyyənin qanının intiqamının alınması vacibliyini vurğuladılar.
İran prezidenti Məsud Pezeşkiyan da İsmayıl Həniyyənin şəhadətinə reaksiyada etdiyi müraciətdə yazıb: İran İslam Respublikası özünün ərazi bütövlüyü, suverenliyi, izzəti və etibarının qorunması sahəsində əlindən gələni əsirgəməyəcək və sionist rejim tezliklə özünün qorxaqcasına və terrorçu hərəkətinin nəticələrini görəcək.
Avqustun birində İranın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi də şuranın İsmayıl Həniyyəyə qarşı terror hücumuna həsr olunmuş fövqəladə iclasında deyib: İsrail rejiminin regiondakı ən əsas və strateji havadarı kimi Amerika Birləşmiş Ştatlarının bu cinayətdəki məsuliyyətinə göz yumulmamalıdır. Bu terror aktı Amerikanın kəşfiyyat icazəsi və himayəsi olmadan baş verə bilməzdi.
O, əlavə edib: İran İslam Respublikası qəti və təcili cavab istiqamətində BMT nizamnaməsinin əlli birinci maddəsinə əsasən, öz qanuni müdafiəsi sahəsində öz təbii haqqından istifadə sahəsində tərəddüd etməyəcək.