Avq 03, 2024 18:30 Asia/Baku
  • Con Bolton: “İranın qisası öncəkindən daha şiddətli olacaq”

“İranın qisası əvvəlkindən qat-qat şiddətli olacaq və bu cavab İsrailə böyük ziyan vuracaq” bunu Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib.

O, “Əş-Şərq Əl-Əvsət” qəzetinə müsahibəsində bildirib ki, İran mütləq İsraildən qisas alacaq və bu qisas İsrail üçün ağır itkilərə səbəb olacaq. İranın intiqamı Həniənin terrorundan daha təsirli və daha güclü olacaq.

“İran son dərəcə mühüm və təsirli addım atacaq. Bu, İran Rəhbərinin böyük bir mərasimdə Həniənin cənazəsinə qıldığı namazdan və terrorla bağlı qəti və sərt cavabın verilməsini vurğulamasında aydın görünür”- Con Bolton əlavə edib.

Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri daha sonra deyib:” İnanıram ki, bu hadisə son dərəcə əhəmiyyətlidir və İranın bu dəfəki cavabı ötən ilin aprelində (Doğru Vədə) verilən cavabdan fərqli olacaq. Həmin vaxt isə, İran İsrailə qarşı 320 raket və PUA ilə hücüm əməliyyatı aparmışdı”