Avq 09, 2024 13:20 Asia/Baku
  • Qaniçən rejim sıxışdırılır

BMT Məhkəməsi Türkiyənin İsrailə qarşı prosesə qoşulmasını təsdiqləyib

Beynəlxalq Ədalət Məhkəməsi Türkiyənin Qəzzə zolağındakı cinayətlərlə bağlı Cənubi Afrikanın İsrailə qarşı başlatdığı prosesə qoşulduğunu təsdiqləyib.

Bu barədə qurumun məlumatında deyilir: “Türkiyə Məhkəmə Nizamnaməsinin 63-cü maddəsinə istinad edərək, Cənubi Afrika Respublikasının İsrailə qarşı başlatdığı Qəzzə zolağında cinayətin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın tətbiqi ilə bağlı işə qoşulmaq üçün katibliyə ərizə təqdim edib.

Beynəlxalq Ədalət Məhkəməsi Nizamnaməsinin 63-cü maddəsində nəzərdə tutulub ki, istənilən maraqlı dövlət işə qoşula bilər və bu halda məhkəmənin çıxardığı qərar həmin dövlət üçün də məcburi olacaqdır.

Xatırladaq ki, Türkiyə Cümhuriyyəti Fələstin, İrlandiya, Belçika, Misir, Kolumbiya, Nikaraqua, İspaniya, Meksika, Liviya , Kuba və Çilidən sonra bu işə qoşulmaq üçün məhkəməyə müraciət edən 13-cü ölkədir.

Türkiyənin Xarici İşlər Nazirliyi çərşənbə günü X sosial şəbəkəsində etdiyi paylaşımda bildirib ki, Beynəlxalq ictimaiyyət soyqırımı dayandırmaq üçün üzərinə düşəni etməli, İsrailə və onun havadarlarına lazımi təzyiqi göstərməlidir.

Ekspertlərin fikrincə, Türkiyənin Qəzzədə törədilən soyqırımla bağlı işə qarışması qlobal səhnədə həm hüquqi, həm də mənəvi məsuliyyəti təsdiqləmək deməkdir. Türkiyənin müdaxilə addımı, regional sülh üçün Ankaranın digər səyləri ilə birlikdə nəzərə alındıqda, bölgədəki digər ölkələri Qəzzədə beynəlxalq hüquq pozuntularının aşkar edilməsində və fələstinlilərin hüquqlarının müdafiəsində daha fəal iştirak etməyə təşviq edə bilər. Hətta Türkiyənin bu müraciətinin, simvolik əhəmiyyətindən əlavə, regiondakı digər ölkələrin də sionist rejimin məhkəmə prosesinə qoşulmaq qərarını gücləndirməsi gözlənilir.

 

Teqlər