Rusiya Əqsa məscidi ərazisində sinaqoq tikintisinə çağırış edən İtimar Ben Qviri qınadı
https://azeri.sahartv.ir/news/dünya-i414025-rusiya_Əqsa_məscidi_ərazisində_sinaqoq_tikintisinə_çağırış_edən_İtimar_ben_qviri_qınadı
“Sionist nazirin bu hərəkəti təxribatdır” Rusiya hökuməti bu sözləri sionist İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin bəyanatını pisləyərək deyib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Avq 29, 2024 12:06 Asia/Baku
  • Rusiya Əqsa məscidi ərazisində sinaqoq tikintisinə çağırış edən İtimar Ben Qviri qınadı

“Sionist nazirin bu hərəkəti təxribatdır” Rusiya hökuməti bu sözləri sionist İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin bəyanatını pisləyərək deyib.

  SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, sionizm tərəfdarlarının bu cür bəyanatları, eləcə də İtamar Ben-Qvir və onun tərəfdarlarının Əl-Əqsa məscidi kompleksində yəhudi dini ayinlərini yerinə yetirmək cəhdləri müntəzəm xarakter daşıyır və onlar qınanmağa layiqdirlər, çünki onlar təxribatçıdırlar.

  Onun sözlərinə görə, İsrail hökumətinin üzvlərindən birinin bu cür ictimai çağırışları Qüds ziyarətgahlarında status-kvonunu kobud şəkildə pozur.

  Qeyd edək ki, Ben-Qvir yəhudilərin və müsəlmanların "hüquqlarını bərabərləşdirmək" üçün Qüdsün qədim məhəlləsində Məbəd dağında sinaqoq tikəcəyini bildirmişdi.