Sen 15, 2024 15:18 Asia/Baku
  • 7-lər qrupu İrandan Rusiyaya raket göndərilməsi iddiasını təkrar edib

7-lər qrupu İran raketlərinin Rusiyaya göndərilməsi iddiasını təkrar edib

Yeddilər qrupunun xarici işlər nazirləri birgə bəyanatda Rusiyaya ballistik raketlər göndərmək yolu ilə İranın Ukrayna münaqişəsinə müdaxiləsi barədəki əsassız iddiaları təkrar ediblər.

Bu iddia olunan bəyanatda sonra belə deyilir: İranın Rusiyaya silahlar köçürməyi dayandırması üzrə ardıcıl beynəlxalq xahişlərə rəğmən bu işi davam etdirməsinə dair faktlar Tehranın Ukraynaya qarşı Rusiyaya hərbi dəstək verməsinin şiddətləndiyini göstərir.

Yeddilər qrupunun baş diplomatları Ukrayna münaqişəsinin kökünü nəzərə almadan iddia ediblər ki: Rusiyanın təcavüzü BMT Nizamnaməsi də daxil olmaqla beynəlxalq qanunların aşkar şəkildə pozulması deməkdir. Bu cəhətdən, İran Rusiyanın Ukrayna əleyhinə qanunsuz və əsaslandırılmaz müharibəsinə olan bütün dəstəklərini, o sıradan Ukrayna xalqının və Avropanın təhlükəsizliyi, daha geniş miqyasda beynəlxalq təhlükəsizlik üçün birbaşa təhdid olan ballistik raketlər, PUA-lar və əlaqədar texnologiyaların Rusiyaya ötürülməsini dərhal dayandırmalıdır.

İran və Rusiya rəsmiləri Ukrayna müharibəsilə bağlı hərbi əməkdaşlıq barədəki iddianı dəfələrlə rədd edib və onu əsassız adlandırıblar.