Sen 26, 2024 14:49 Asia/Baku
  • E.Makron: Fransa Ermənistanın yanında möhkəm dayanır

Fransa Prezidenti Emmanuel Makron 25 sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında etdiyi çıxışında Azərbaycanla davam edən gərginlik fonunda Ermənistana güclü dəstəyini ifadə edib.

 

Fransa Prezidenti bildirib ki, "Fransa Azərbaycan tərəfindən olan təzyiq və ərazi problemləri qarşısında Ermənistanın yanında möhkəm dayanır", beynəlxalq ictimaiyyəti uğurlu sülh danışıqlarının təmin olunmasına və beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunmasına fəal şəkildə qatılmağa çağırıb.

Makronun şərhləri dərhal Azərbaycan tərəfindən sərt tənqid edilib. Azərbaycan Xarici İşlər Nazirliyi Fransasını sülh prosesini pozan qərəzli, ermənipərəst mövqedə olmaqda ittiham edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Makronun çıxışını qınayaraq bildirib ki, "Azərbaycanı təzyiq göstərməkdə ittiham edən Fransanın mövqeyi təkcə qərəzli deyil, həm də regional sabitlik üçün zərərlidir". Hacızadə əlavə edib ki, "Ermənistanı silahlandıran və görünür, revanşist meylləri təşviq edən Fransa, Azərbaycanın Ermənistana təzyiq göstərdiyini iddia etməsi qəbuledilməzdir."

Hər iki tərəf müharibədən sonrakı kövrək sülhə doğru addımlamağa çalışarkən, Makronun açıqlamaları mürəkkəb vəziyyətə daha bir çətinlik qatıb. Azərbaycan Fransanın müdaxiləsini uzunmüddətli sülhə deyil, daha çox pozucu təsirə malik kimi görür.

İkinci Qarabağ müharibəsi və Qarabağ separatçılarına qarşı əməliyyat nəticəsində Azərbaycanın öz ərazi bütövlüyü və suverinliyini təmin etməsindən sonra Avropanın bəzi digər ölkələri və qurumları eləcə də ABŞ, Azərbaycan Respublikasına qarşı Fransa qədər sərt olmasa da ona bənzər mövqe sərgiləyirlər.

Teqlər