Sen 26, 2024 15:32 Asia/Baku

İran İslam Respublikası prezidenti Livanın müvəqqəti hökumətinin rəhbəri ilə görüşü zamanı İslam ölkələrini sionist rejim ilə iqtisadi əlaqələrini kəsməyə çağırıb.

"İRİB"in məlumatına görə, İran İslam Respublikası prezidenti Məsud Pezeşkian Nyu-Yorkda keçirdiyi silsilə görüşlər çərçivəsində yerli vaxtla çərşənbə günü Livanın baş naziri Nəcib Miqati ilə görüşüb və deyib: "Sionist rejim Amerikanın dəstəyi ilə bəşəriyyətə qarşı törətdiyi cinayətləri ilə insan haqları və beynəlxalq qanun və qaydalardan heç bir şeyi qoymayıb qalsın".

İran prezidenti Amerikanın regionda cinayət törətmək üçün sionist rejimə verdiyi siyasi, maliyyə və hərbi dəstəyi kəskin tənqid edib və əlavə edib: "Şübhəsiz ki, ABŞ-ın dəstəyi olmasaydı, bu rejimin belə bir cinayət əməlləri törətməyə gücü və cəsarəti çatmazdı".

Doktor Pezeşkian İslam ölkələrinin Livan və Qəzzədəki məzlum xalqlara dəstək və yardım etmək və bölgədə bu cinayətləri dayandırmaq üçün vəzifə və məsuliyyətlərini xatırladıb və deyib: " Əgər sionist rejimlə əlaqələri olan İslam ölkələri onunla iqtisadi əlaqələrini kəssələr, bu uşaq öldürən rejim daha cinayət və təcavüz törədə bilməyəcək".

Cənab Pezeşkian İranın Livana hər cür yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Livanın baş naziri Nəcib Miqati də bu görüşdə, bu gün Qəzzə və Livanda baş verənlərin insanlıqdan uzaq olduğunu və bütün beynəlxalq standartları pozduğunu bəyan edərək, deyib: "Günahsız insanları və adi vətəndaşları öldürmək üçün qeyri-hərbi vasitələrdən istifadə etmək yalnız sionist rejim tərəfindən edilə biləcək bir cinayətdir.

Livanın baş naziri İslam Respublikasının təkcə bu gün deyil, onilliklər boyu Livanın yanında olduğuna işarə edərək, digər İslam ölkələrini regionda müharibənin yayılmasının qarşısını almaq üçün daha böyük rol oynamağa çağırıb.

 

Teqlər