Noy 14, 2024 14:42 Asia/Baku
  • Fransa ilə Azərbaycan arasında soyuq savaş şiddətlənir

Fransa ilə Azərbaycan arasında soyuq savaş şiddətlənir, Fransanın ekologiya naziri Anye Runaşe Azərbaycana səfərindən imtina edib.

  Noyabrın 13-də Fransa Senatında çıxış edən Anye Runaşe Bakıya səfərini planlaşdırdığını, amma İlham Əliyevin ölkəsinə qarşı sərt tənqidlərdən sonra Azərbaycana getməmək qərarı verdiyini bildirib.

Azərbaycanın dövlət başçısı İlham Əliyev dünənki çıxışında demişdi ki, əsrlər boyu Paris kiçik ada dövlətlərinin təbii sərvətlərini talan etdiyi kimi, əhalisinə də zülm edib və zülm etməyə davam edir:

“Yeni Kaledoniyada qanuni etirazların 100-dən çox iştirakçısını öldürən prezident Makron rejiminin cinayətlərini və mindən çox adamın həbs olunduğunu yada salmasaq, Parisin cinayətləri bununla məhdudlaşmır. Qvadelupa və Martinikada da kütləvi həbslər baş verib”, - deyə Azərbaycanın dövlət başçısı vurğulamışdır.

Anye Runaşe isə İlham Əliyevin bu addımının cavabsız qalmayacağını bildirib. O deyib: “COP29-un açılışında prezident Əliyevin Fransa və Avropaya qarşı söylədiyi fikirlər qəbuledilməzdir. Ölkəmizə, onun qurumlarına və ərazilərinə qarşı birbaşa hücumlar əsassızdır”.

Onun fikrincə, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədən hədsiz şəxsi gündəm üçün istifadə edir.

Teqlər