Fev 20, 2025 15:19 Asia/Baku
  • Trampı ruslarla nə gözləyir?

Trampın Ukraynada keçiriləcək seçkilər və müharibəni dərhal bitirmək - vədini yerinə yetirmək üçün qarşısında duran ən mühüm maneələrdən biri Rusiyanın müharibədəki mövcud mövqeyidir.

Bəzi təhlükəsizlik təhlillərinə görə, Kreml danışıqların tez nəticə verməsinə çox da maraqlı deyil, əksinə müharibənin gedişatına əsaslanaraq, Kiyev və Qərb müttəfiqlərinin Rusiyanın xeyrinə daha çox güzəştə getmələrini gözləyir.Bundan əlavə, Qərbin sanksiyalarına baxmayaraq, 2024-cü ildə Rusiyanın iqtisadiyyatı proqnozlardan daha yaxşı nəticə göstərmişdir və bu da Putinin danışıqlarda güc mövqeyindən çıxış etməsinə səbəb olmuşdur.Tramp birinci prezidentlik dövründə Rusiya ilə yaxın əlaqələr qurmaq istəyirdi, lakin bu məsələ Konqres və ABŞ-ın təhlükəsizlik qurumlarının kəskin müqaviməti ilə qarşılandı. İndi də həmin qurumlar ona Moskva ilə bağlı daha ehtiyatlı siyasət yürütmək üçün böyük təzyiq göstərə bilər.Tramp administrasiyasının bəzi üzvləri Rusiyaya təzyiqin artırılmasının vacibliyini vurğulayarkən, digərləri ABŞ-ın Ukraynaya bağlılığının azaldılması və digər təhdidlərə, o cümlədən Çin təhdidinə diqqət yetirilməsinin tərəfdarıdırlar.