Fev 21, 2025 14:24 Asia/Baku
  • Makron Avropanı kütləvi müdafiə planı hazırlamağa çağırdı

Fransa prezidenti bəyan edib ki, Avropa qeyri-müəyyənlik şəraitində kütləvi müdafiə planı üzərində razılaşmalı və yerli silah istehsalına daha çox sərmayə qoymalıdır.

Emmanuel Makron deyib: “Avropalılar Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı danışıqların bərpasından, eləcə də Qrenlandiyanı ilhaq etmək planları hazırlayan Vaşinqtonun NATO-ya gələcək dəstəyi ilə bağlı qeyri-müəyyənlikdən narahatdır”.Bu arada Donald Trampın Avropa ilə bağlı gedişi Amerikanın özündə də reaksiyalara səbəb olub.ABŞ-ın Yaponiyadakı keçmiş səfiri Ram Emanuel bu barədə deyib ki, Tramp Ukraynaya qarşı hərəkətləri ilə İosif Stalinin arzusunu həyata keçirməyə kömək edir.Onun sözlərinə görə, İkinci Dünya müharibəsindən bəri Rusiyanın əsas məqsədi NATO-nu parçalamaq olub. Tramp da buna nail olmağa kömək edir.Rusiya hökuməti isə Amerika prezidentinin Avropa və Ukrayna ilə bağlı siyasi qərarlarından məmnun qaldığını nümayiş etdirir.