Təcriş cinayəti İngiltərənin sağçı nəşrlərinin də etirazını doğurub
İngiltərənin sağçı nəşrləri sionist rejimin Tehranın Təcriş bölgəsindəki Qüds meydanına raket hücumu anının görüntülərini əks etdirərək, bu cinayətin insani ölçülərini önə çəkib və şahidlərin mülki şəxslərin öldürülməsi ilə bağlı rəvayətlərini dərc ediblər.
"Daily Mail" saytı iki raketin Təcrişin binalarına və izdihamlı küçələrinə düşdüyü anın videosunu dərc edərək, hücumu "dağıdıcı" kimi xarakterizə edib və yazıb ki, partlayışın gücü o qədər böyük olub ki, maşınlar havaya atılıb və insanların başlarına dağıntılar düşüb.
İngilis mediası yayımlanan görüntülərə istinad edərək, yazıb: "İlk raket Bahünər küçəsindəki binaya dəydikdən sonra bütün meydanı tüstü və kül bürüdü. Bir neçə saniyə sonra ikinci raket şəhər meriyası binasının yaxınlığındakı küçənin ortasına düşərək onlarla avtomobili ətrafa tulladı”.
İngiltərənin sağçı cinahına yaxın olan "Daily Telegraph" nəşri də belə yazıb: "İsrailin atdığı iki raket elə bir halda Tehranda bir binaya və izdihamlı qovşağa dəyir ki, İsrail bu hücumlardan məqsədin yüksək rütbəli komandirləri hədəfə almaq olduğunu bildirmişdi.
Nəşr davam edib: "İlk raket bir bankın və Məscid İşləri üzrə Təşkilatın yerləşdiyi binanın yuxarı üç mərtəbəsini dağıdıb. İkinci raket işıqforun qırmızı işığında gözləyən avtomobilləri hədəfə aldı, avtomobilləri tulladı və dağıntıları səpələdi. Dağıntılar yağaraq maşınları əzib, ilk partlayışın şokunu yaşayan mülki əhaliyə zərbə vurdu.
"Daily Telegraph" davamında İsrail rejiminin hərəkətlərini pisləyən və yayımlanan görüntülərin "İranlı mülki şəxslərə qarşı hərbi cinayətin aydın sübutu” olduğunu vurğulayan siyasi fəallardan sitat gətirib.
Həmçinin, BBC kanalı yayımlanan videoların həqiqiliyini təsdiqləyib və vurğulayıb ki, iyunun 15-də Qüds meydanında baş verən partlayışlarla bağlı görüntülərin yeri dəqiq müəyyən edilib və onların ərazidəki əvvəlki kamera görüntüləri ilə uyğunluğu videonun həqiqiliyini təsdiqləyir.