İyul 07, 2025 13:02 Asia/Baku
  • Lavrov: İranın nüvə məsələsi diplomatik yolla həll edilməlidir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Seyid Abbas Iraqçi ilə görüşündə ABŞ və İsrailin İrana hücumlarını bir daha pisləyərək, Tehranın nüvə proqramının siyasi və diplomatik yollarla həll edilməsinin vacibliyini vurğulayıb.

TASS xəbər agentliyinin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi bazar günü Lavrovun Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən BRİKS sammiti çərçivəsində İraqçi ilə görüşü ilə bağlı bəyanat yayıb və bildirib ki, Rusiya tərəfi İsrail və ABŞ-ın İrana hərbi hücumunu, O cümlədən BMT Nizamnaməsini və beynəlxalq hüququ pozan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında olan nüvə enerjisi infrastrukturunun bombalanmasını bir daha pisləyib. 

Bəyanatda əlavə edilib: "Görüşdə İranın nüvə proqramı ilə bağlı böhranın siyasi və diplomatik yollarla həllinin vacibliyi vurğulanıb". 

“Moskvanın qarşılıqlı məqbul həll yollarının tapılmasına, o cümlədən Rusiya prezidenti Vladimir Putinin əvvəllər təklif etdiyi xüsusi təşəbbüslərə uyğun olaraq, köməklik göstərməyə hazır olduğu elan edilib”, - deyə bəyanatda qeyd edilib.

Qeyd edək ki, bundan əvvəl Rusiya rəsmiləri dəfələrlə ABŞ və İsrailin İrana hücumlarını pisləyib və bu məsələdə vasitəçilik etməyə hazır olduqlarını bəyan ediblər.