İyul 07, 2025 15:33 Asia/Baku
  • Avropa iki seçim arasında:Çinlə ticarət əlaqələrini möhkəmləndirmək, yoxsa ABŞ-la?

Ağ Evin Avropa mallarına qarşı yeni gömrük tarifləri planı, yaşıl qitəni dünyanın iki nəhəng iqtisadi gücü arasında geosiyasi sıxıntıya salıb.

Avropa ölkələrinin liderləri, Donald Tramp rəhbərliyindəki ABŞ hökumətinin tətbiq edəcəyi tariflərin bu qitə iqtisadiyyatına zərbə vurmasının qarşısını almaq üçün, mümkün qədər tez bir ticari razılaşmaya çatmağa çalışırlar. Belə tariflər, Avropa İttifaqının iqtisadi sabitliyini ciddi şəkildə poza bilər.

 Eyni zamanda, qlobal ticarət sistemindəki mövcud qarışıqlıq fonunda Avropa, dünyanın aparıcı istehsal gücü olan Çinlə münasibətlərini nisbətən sabit saxlamağa çalışır. Bu səbəbdən Aİ-nin siyasi və iqtisadi rəhbərləri Pekindəki həmkarlarını Rusiyaya verdikləri dəstəyi dayandırmağa təşviq etməyə çalışırlar.