İyul 10, 2025 11:21 Asia/Baku
  • ABŞ BMT-nin məruzəçisini sanksiyalara məruz qoydu

ABŞ dövlət katibi Mark Rubio Vaşinqtonun BMT-nin işğal olunmuş Fələstin əraziləri üzrə xüsusi məruzəçisi Françeska Albanezeyə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.

Rubio bildirib ki, xanım Albaneze Haaqa məhkəməsini Amerika və İsrail rəsmiləri, şirkətləri və menecerlərinə qarşı tədbir görməyə təşviq edib.

Qeyd edək ki, Françeska Albaneze ötən həftə Microsoft və Google daxil olmaqla 60-dan çox beynəlxalq və Amerika şirkətinin İsrailin işğalı və soyqırımında iştirak etdiyini və ondan qazanc əldə etdiyini sübut edən 200 sənədə istinad edərək hesabat hazırlamışdır.

Bu arada İnsan Haqlarına Nəzarət Təşkilatı Human Rights Watch ABŞ-ın Albanezeyə qarşı sanksiyalarını utanvcerici hərəkət kimi xarakterizə edərək bu hərəkəti pisləyib.

Təşkilatı bildirib ki, Vaşinqton “İsrailin” cinayətlərinə qarşı fəlakətli siyasətlərini nəzərdən keçirmək keçmək əvəzinə, onun cinayətlərini ifşa edənləri cəzalandırmaq qərarına gəlib. Halbuki Albaneze və onun prinsipial mövqeləri beynəlxalq hüquqa və insan vicdanına əsaslanır.

Qeyd edək ki, BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqları üzrə xüsusi məruzəçisi Françeska Albaneze son hesabatında növbəti dəfə sionist İsrailin vəhşilikləri barədə xəbərdarlıq edib və yazıb: “Qəzzədə soyqırımı qəsdən dayandırmaq istəmirlər, çünki bu cinayətin davam etməsi birbaşa İsrail baş nazirinin maraqlarına cavab verir”.