İyul 10, 2025 12:44 Asia/Baku
  • Rusiya Ukraynaya 741 raket və pilotsuz uçan aparatla hücum edib

Ukrayna Hərbi Hava Qüvvələri iddia edib ki, Rusiya iyulun 9-da Ukraynanın bir çox şəhərlərinə qarşı 13 raket və 728 pilotsuz təyyarə ilə ən geniş hava hücumunu həyata keçirib.

Çərşənbə günü səhər saatlarında baş verən hücum, iki ölkə arasında təxminən üç il yarım davam edən müharibədə Rusiyanın Ukraynaya qarşı ən geniş raket və pilotsuz təyyarə hücumudur.

Ukrayna Hərbi Hava Qüvvələri 711 pilotsuz uçan aparatını ələ keçirdiyini və 7 raketi məhv etdiyini bildirib.

Rusiyanın Ukraynaya qarşı ən misli görünməmiş pilotsuz təyyarə və raket hücumu ötən həftə baş verib və bir gündə Ukraynaya 550 raket və pilotsuz təyyarə atılıb.

Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə yazıb: "Rusiyanın çərşənbə günü səhər hücumu sülhə nail olmaq və atəşkəs yaratmaq üçün çoxlu səylərin göstərildiyi bir vaxta təsadüf edir və Rusiya bunların hamısını dəf etməkdə davam edir".

Roma Papası XIV Leo və ABŞ-ın xüsusi nümayəndəsi Keyt Kelloqla görüşmək üçün Romaya səfər edən Zelenski Ukraynanın müttəfiqlərini Rusiyaya, xüsusən də onun əsas enerji sektoruna qarşı sanksiyaları gücləndirməyə çağırıb.

Kelloqla görüşündən sonra Ukrayna lideri ABŞ qanunvericilərini Rusiyanı daha sərt sanksiyalarla hədəfləyən qanun layihəsini qəbul etməyə çağırıb.

Röyters xəbər agentliyinin yazdığına görə, Rusiya beynəlxalq səviyyədə Ukrayna ərazisi kimi tanınan ərazilərin təxminən 19 faizini ələ keçirib.

Məlumata əsasən, Rusiya hazırda Luqansk vilayətinin hamısına, Donetsk, Zaporojya və Xerson vilayətlərinin 70%-dən çoxuna, Xarkov, Sumi və Dnepropetrovsk vilayətlərinin bəzi hissələrinə nəzarət edir.

Rusiya bildirib ki, sülh razılaşması əldə etmək üçün Ukrayna Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərindən imtina etməlidir.