59 deputatdan Britaniya hökumətinə çağırış:
Fələstini dərhal tanıyın!
Britaniyadakı 60-a yaxın Leyborist millət vəkili vampir İsrail rejiminin Qəzzə zolağı olan Rəfəhə bütün mülki əhalini məcburi köçürmə planını qəbuledilməz elan edib və ölkənin indi Fələstini rəsmən tanıması lazım olduğunu bildirib.
Millət vəkilləri xarici işlər naziri Deyvid Lammi-yə göndərdikləri məktubda İsrail hərb nazirinin bütün Qəzzə sakinlərini məcburi şəkildə Rəfəh şəhərinin xarabalıqlarına köçürmək planını qınayıb, bu hərəkəti “insanlığa qarşı cinayətlər üçün əməliyyat planı”, etnik təmizləmə olduğunu vurğulayıblar.
Məktubda hökumətdən bir sıra vacib addımların atmağı xahiş edilib.
Millət vəkilləri bildiriblər ki, Fələstinin tanınmaması İsrailin faktiki ilhaq cəhdlərinə yol açır.
Bu çağırış Fransa prezidenti Emmanuel Makronun Britaniyaya səfəri zamanı verdiyi oxşar bəyanatlardan dərhal sonra gəlib. Makron bildirib ki, Qəzzədə qeyd-şərtsiz atəşkəs və Fələstin dövlətinin tanınması sülhə aparan yeganə yoldur.
Məktub İşçi Partiyasının tərkibindəki Fələstinin Dostları və Yaxın Şərq qrupu tərəfindən təşkil edilib və 59 deputat tərəfindən imzalanıb.
Qeyd edək ki, İngiltərə Xarici İşlər Nazirliyi Fələstini tanımaqda qərarlı olduqlarını, lakin bunun digər Qərb ölkələri ilə birlikdə həyata keçiriləcəyini bildirib.