Almaniya prezidenti amerikalı həmkarını ittiham etdi:
"Tramp İranla gərginliyin artmasına görə məsuliyyət daşıyır"
İyul 15, 2025 12:14 Asia/Baku
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Yaxın Şərqdə son günlərdə artan gərginliklə bağlı açıqlama verib.
O, bölgədə vəziyyətin bu həddə çatmasında birbaşa ABŞ prezidenti Donald Trampı günahlandırıb.
Ştaynmayer xüsusilə sionist İsrail rejiminin İranın nüvə obyektlərinə etdiyi hücumların bölgədə vəziyyəti daha da gərginləşdirdiyinə görə D.Trampın məsuliyyət daşıdığını bildirib.