Quterreş:
Qəzzədə təcili atəşkəsə ehtiayc duyuruq
Yaxın Şərqdə sülh üçün səy göstərməliyik. Bunu, BMT baş katibi deyib. Bildirib ki: Qəzzədə təcili atəşkəsə, İsrail ilə İran arasında atəşkəsin təsbitinə ehtiayc duyuruq.
BMT baş katibi müxbirlər qarşısında əlavə edib: Biz iki tərəfin həll yoluna çatması üçün ilk addıma, Qəzzədə təcili atəşkəsə, bütün əsirlərin dərhal azad edilmələrinə və maneəsiz humanitar əlçatanlığa ehtiayc duyuruq.
O, sonra belə deyib: Biz İsrail ilə İran arasında atəşkəsin təsbitinə ehtiayc duyuruq. Biz BMT Nizamnaməsi, BMT qətnamələri və beynəlxalq qanunlar əsasında Ukraynada ədalətli və stabil bir sülhə ehtiyac duyuruq. Biz Sudanda dəhşətə və qan axıdılmasına son qoyulmasına ehtiyac duyuruq.
BMT baş katibi «Stabil inkişaf-2025-in hədəfləri» barədə məlumatın yayılması haqda bildirib ki: Hazırda stabil inkişaf üzrə «İş gündəmi-2030»a doğru kollektiv hərəkətimizdən on il keçir. Bu görüntülü məlumat bizim bugünkü yerimizin xülasəsidir. Biz olmalı olduğumuz yerdə deyilik.