İyul 15, 2025 14:45 Asia/Baku
  • ABŞ və üc Avropa ölkəsinin nazirləri İran barədə danışıblar

ABŞ dövlət departamenti bildirib ki, bu ölkənin dövlət katibi Marko Rubio, Fransa, Almaniya və İngiltərənin xarici işlər nazirlərilə telefonla danışıb.

Bu telefon söhbətlərində Ukraynadakı cari müharibə və İranın nüvə proqramı üzrə səylərin koordinasiyası nəzərdən keçirilib.

ABŞ dövlət departamentinin sözçüsü Temmi Brus qeyd edibdir ki, Donald Tramp hökumətinin dövlət katibi Marko Rubio avropalı həmkarları ilə telefon əlaqəsində «İranın nüvə silahı istehsal və ya əldə etməyəcəyi»ndən əmin olmağın vacibliyinə təkid edib.

ABŞ dövlət departamenti sözçüsünün dediyinə görə, Rubio həmçinin vurğulayıbdır ki, Amerika prezidenti Donald Trampın prioriteti, Rusiya-Ukrayna müharibəsinin müzakirə olunmuş stabil bir razılaşma yolu ilə başa çatması olmaqda davam edir.

Bundan öncə, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi birliyin və cənub qonşuların xarici işlər nazirlərinin Brüssel iclasından öncə dedi ki, bu iclasda avropalı nazirlər İran, o sıradan nüvə müzakirələri barədə danışacaqlar.

ABŞ və Avropa rəsmilərinin iddialarının fonunda qeyd edək ki, İran İslam Respublikası dəfələrlə nüvə silahının ardınca olmadığını, Amerikanın kəşfiyyat təşkilatlarının da bunu təsdiq etdiklərini bildirib və qeyd edibdir ki, Tehran nüvə silahları səmtinə hərəkət etməyibdir.