Sionist şirkətlərin İngiltərə parlamentinin aşağı palatasının üzvlərinə maliyyə dəstəyi üzrə sənədlər ifşa olunub
Qəsbkar İsrail rejiminin İngiltərə parlamentinin aşağı palatasının üzvlərinə maliyyə dəstəyi üzrə sənədlər ifşa olunub.
İngiltərədə tənqidçi informasiya agentliyi olan «Declassified» adlı informasiya agentliyi işğalçı rejimin silah şirkətlərinin İngiltərə parlamentinin aşağı palatasının üzvlərinə maliyyə dəstəyi barədə sənədləri ifşa edib.
İngiltərə parlamentinin qaydaları və prinsiplərinə riayətə nəzarət komitəsinin sədri İsrail rejiminin dövlət silah şirkətinin maliyyə yardımının ifşa olunmasından sonra bu sahədə təhqiqatın başlandığını bildirib.
«Declassified» informasiya agentliyinin ifşaçılığına görə, «Rook Advanced Systems» şirkəti raketlər və ölümcül torpedalar kimi silahlar satır. Mövcud sənəd və faktlar göstərir ki, bu şirkət İsrail rejimi hökumətinə aid olan «Rafael» adlı hərbi maqnatın bir hissəsidir.