Amnesty İnternational:
Qəzzədə fələstinlilər yardım blokadaları fonunda kütləvi aclıqla üzləşirlər
Amnesty İnternational Qəzzə zolağında fələstinlilərin kütləvi aclıqla üzləşdiyi barədə xəbərdarlıq edərək, dərhal və daimi atəşkəsə çağırıb.
Amnesty İnternational Qəzzə zolağında fələstinlilərin kütləvi aclıqla üzləşdiyi barədə xəbərdarlıq edərək, humanitar yardımların maneəsiz daxil olması və paylanması ilə yanaşı, dərhal və daimi atəşkəsə çağırıb.
Əl-Cəzirə telekanalının məlumatına görə, təşkilat İsrail ordusu yardımların çatdırılmasına mane olmaqda, sığınacaqları bombalamaqda və ərzaq, su və dərmanlardan müharibə silahı kimi istifadə etməkdə qınayıb.
Qəzzə zolağındakı Fələstin hökumətinin informasiya ofisi bir bəyanatda beynəlxalq ictimaiyyəti, bütün dünya ölkələrini, beynəlxalq və insan hüquqları təşkilatlarını və siyasi qurumları birbaşa və effektiv beynəlxalq nəzarət altında təhlükəsiz və daimi humanitar dəhlizlərin yaradılması, qida və dərmanların işğalçı rejim tərəfindən maneələr olmadan bütün ərazilərə çatdırılmasını təmin etməyə çağırıb.
Bəyanatda vurğulanır ki, humanitar yardım hər hansı siyasi oyundan və işğalçıların və ya onların əlaltılarının nəzarətindən azad olmalıdır.
Qəzzə informasiya ofisi, həmçinin Qəzzə zolağının blokadasını dmülki əhaliyə qarşı kütləvi cinayət kimi dəyərləndirib və dərhal onun aradan qaldırılmasını tələb edib.
Qurum sionist İsraili soyqırımı dayandırmağa, aclıq və köçkünlük siyasətlərinə son qoymağa məcbur etmək üçün beynəlxalq təzyiq kampaniyasına çağırıb və aclıq cinayəti ilə bağlı təcili beynəlxalq təhqiqat aparılması və günahkarların məsuliyyətə cəlb edilməsinin zəruriliyini vurğulayıb.