İyul 23, 2025 17:45 Asia/Baku
  • Malayziya Qəzzə üçün fəryad etdi: Susmaq artıq yetər

Malayziyanın baş naziri qəti tonla və əxlaqi prinsipləri rəhbər tutaraq, dünya liderlərini Qəzzə zolağında baş verən qətliamı dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb və xəbərdarlıq edib ki, mülkilərin əzab-əziyyəti qarşısında susmaq bəşər vicdanına xəyanətdir.

Malayziyanın baş naziri Ənvər İbrahim sosial şəbəkələrdə yaydığı videoda bildirib: "Beynəlxalq qanunlara və insan hüquqlarını hörmət etdiyini iddia edən hər bir ölkəni təcili hərəkətə keçməyə və vahid səslə zorakılıqların dayandırılmasını tələb etməyə çağırırıq". 

O, ABŞ prezidenti Donald Trampa müraciət edərək, onu öz nüfuzundan istifadə edərək, hədəfsiz bombardmanları və mülkilərin qırğın edilməsini dərhal dayandırmağa və humanitar yardımın ehtiyacı olanlara maneəsiz çatdırılmasını təmin etməyə çağırıb. 

Ənvər İbrahim öz bəyanatında əlavə edib: "Bu an, mənəvi liderlik anıdır. Bu, müdafiə etmək iddiasında olduğumuz dəyərləri qorumaq vaxtıdır".

O, vurğulayıb ki, Malayziya Qəzzəyə yardım etmək və bəşəriyyətin əsas prinsiplərini bərpa etmək üçün şimaldan cənuba, şərqdən qərbə qədər bütün ölkələrlə işləməyə hazırdır.

Bu açıqlamalar bir çox Qərb ölkələrinin Qəzzə böhranına passiv yanaşmasını davam etdirdiyi bir vaxta təsadüf edir. Malayziyanın baş naziri ölkəsinin mövqeyini qlobal vicdan üçün bir platformaya çevirməklə siyasəti əxlaqa qaytarmağa və qlobal susuqunluğu məsuliyyəti qəbul etməyə çevirməyə çalışır.