İyul 29, 2025 12:12 Asia/Baku
  • “İsrail milli təhlükəsizliyə təhdid törədən dövlətdir”

Niderland ilk dəfə olaraq sionist İsrail rejimini ölkənin milli təhlükəsizliyinə təhdid törədən dövlətlər siyahısına daxil edib.

Bildirilir ki, bu, Niderlandın terrorla mübarizə və təhlükəsizliyin təmin edilməsi üzrə milli koordinatorun "2025-ci il üçün üçüncü ölkələr tərəfindən təhdidin qiymətləndirilməsi" hesabatında yer alıb.

Sənəddə qeyd edilir ki, İsrail xaricdə, o cümlədən Niderlandda siyasətə və ictimai fikrə təsir göstərmə çalışır.

Hesabatın müəllifi hesab edir ki, bu, Niderlandın demokratik institutlarını təhdid edə bilər.