Qəzzədə yaşayış məhvolma ərəfəsindədir
İyul 29, 2025 14:36 Asia/Baku
BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi- UNRWA, yaydığı bəyanatda vurğulayıb ki, hazırda Qəzzədə yaşayış məhvolma ərəfəsindədir və bu bölgədə yaşayan bütün insanlar aclıqla üzləşirlər.
Təşkilat qeyd edib ki, Qəzzədə atəşkəs və əsirlərin azadlığı üçün lazımi addımlar atılmalıdır.
UNRWA vurğulayıb ki, hal-hazırda Qəzzənin şəraiti son dərəcə ağırdır və qərb sahilinin ilhaq olunması İsrail tərəfindən elan olunmuş siyasi bir məqsəd sayılır.
UNRWA-nın bildirdiyinə görə, insani ehtiyaclara cavab vermək üçün hər gün zəruri mallar daşıyan 500-600 yük maşını Qəzzəyə daxil olmalıdır.