Hənzələ gəmisinin fəalları həbs olunmalarına etiraz olaraq aclıq elan ediblər
https://azeri.sahartv.ir/news/dünya-i421052-hənzələ_gəmisinin_fəalları_həbs_olunmalarına_etiraz_olaraq_aclıq_elan_ediblər
Hənzələ gəmisinin fəalları özlərinin həbs olunmalarına etiraz olaraq aclıq elan ediblər.
(last modified 2025-07-29T07:21:42+00:00 )
İyul 29, 2025 11:20 Asia/Baku
  • Hənzələ gəmisinin fəalları həbs olunmalarına etiraz olaraq aclıq elan ediblər

Hənzələ gəmisinin fəalları özlərinin həbs olunmalarına etiraz olaraq aclıq elan ediblər.

İbridilli medialar dünən bildiriblər ki, İsrail rejiminin işğalçı başçıları Hənzələ gəmisindəki beynəlxalq aktivistləri istintaq ediblər. Belə bir halda, onların bir qismi özünün özbaşına və qanunsuz şəkildə həbs olunmasına etiraz olaraq, qeyri-məhdud aclıq elan edib.

Qəzzə zolağına tətbiq olunmuş blokadanı sındırmaq məqsədilə bu bölgəyə səfər edən gəmi, bazar günü axşam öz səfərinin yeddinci günündə sionist rejimin dəniz qüvvələrinin zorakılığı nəticəsində dayanıb və Aşdod limanına aparılıb.

İsrail rejiminin radio və televiziya təşkilatı xəbər veribdir ki, bu rejimin dəniz qüvvələri gəminin nəzarətini ələ alıb və onu limana qədər müşayiət ediblər. Ondan sonra sözügedən fəallar istintaqa aparılıblar.