Rusiyada 8,7 bal gücündə zəlzələ baş verib
https://azeri.sahartv.ir/news/dünya-i421056-rusiyada_8_7_bal_gücündə_zəlzələ_baş_verib
Çərşənbə günü səhər Rusiyanın Kamçatka yarımadasında 8,7 bal gücündə güclü zəlzələ baş verib və ABŞ və Yaponiyada Qərb sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
(last modified 2025-07-30T05:28:34+00:00 )
İyul 30, 2025 09:27 Asia/Baku

Çərşənbə günü səhər Rusiyanın Kamçatka yarımadasında 8,7 bal gücündə güclü zəlzələ baş verib və ABŞ və Yaponiyada Qərb sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

ABŞ Geoloji Xidməti zəlzələnin dayaz, 19,3 km (12 mil) dərinlikdə olduğunu bildirib.

Yaponiya Meteorologiya Agentliyi, təxminən 1 metr hündürlüyündə sunaminin böyük sahil bölgələrinə çatacağını gözlədiyini söyləyib.

ABŞ Sunami Xəbərdarlıq Sistemi də yaxın üç saat ərzində Rusiya və Yaponiyanın bəzi sahillərində "təhlükəli sunami dalğaları" barədə xəbərdarlıq edib.

Rusiyada baş verən bu zəlzələnin mümkün dağıntıları barədə hələlik heç bir məlumat yoxdur.