Avq 01, 2025 11:36 Asia/Baku
  • İnsan hüquqları hücuma məruz qalıb

Dünya nizamında təhlükəli yayınma barədə xəbərdarlıq edən BMT baş katibi bildiribdir ki: Ölkələr arasındakı etimad itməkdədir. İnsan hüquqları hücuma məruz qalıb və demokratik atmosfer kiçilkməkdədir.

Sülh və demokratiya üçün əsas təhdidlər kimi, qeyri-düzgün informasiyaların artmasına, xalqlar arasında inamın itməsinə və artan müharibəyə işarə edən BMT baş katibi Antonio Quterreş dünya nizamında təhlükəli yayınma barədə xəbərdarlıq edib.

Quterreş “Helsinki+50” konfransında video formatında etdiyi çıxışında söyləyib: Avropa qitəsində müharibə davam edir və ölkələr arasındakı etimad məhv olmaqdadır.

Bu nigarançılıqlara rəğmən, o, yekun Helsinki qanununa və BMT Nizamnaməsinin stabil önəminə təkid edib. Quterreş beynəlxalq hüquq, multilateralizm, ərazi bütövlüyü və suverenlik barədə yeni öhdəlik istəyib.

Finlandiyanın ev sahibliyi ilə keçirilən konfrans/ Şərq ilə Qərb arasındakı soyuq müharibənin gərginliklərinin azaldılmasına kömək edən min doqquz yüz yetmiş beşinci il tarixi müqaviləsinin əllinci ildönümü münasibətilə təşkil edilib.