Trampın müqəvvası və Amerika bayrağı yandırılıb
https://azeri.sahartv.ir/news/dünya-i421094-trampın_müqəvvası_və_amerika_bayrağı_yandırılıb
Braziliyada tələbələr Rio-de-Janeyro və ölkənin digər şəhərlərində ABŞ konsulluğu qarşısında aksiyalar keçiriblər.
(last modified 2026-02-16T11:18:11+00:00 )
Avq 02, 2025 11:12 Asia/Baku
  • Trampın müqəvvası və Amerika bayrağı yandırılıb

Braziliyada tələbələr Rio-de-Janeyro və ölkənin digər şəhərlərində ABŞ konsulluğu qarşısında aksiyalar keçiriblər.

Bu məlumata əsasən, etirazlar ABŞ prezidenti Donald Trampın Braziliyadan idxal olunan mallara 50%-ə qədər rüsum tətbiq etməsi ilə bağlıdır.

San-Pauluda keçirilən aksiyaya iştirakçılar ABŞ prezidentinin müqəvvalarını gətiriblər.

Aksiyanın davamında nümayişçilər saxta dollarları və Trampın müqəvvalarını, hətta ABŞ bayrağını da yandırıblar.

Mitinqlərdə müxtəlif həmkarlar ittifaqları da iştirak ediblər.