Sloveniya İsraillə bütün silah ticarətini qadağan etdi
https://azeri.sahartv.ir/news/dünya-i421096-sloveniya_İsraillə_bütün_silah_ticarətini_qadağan_etdi
Sloveniya hökuməti baş nazir Robert Qolobun göstərişi ilə əliqanlı İsrail rejimi ilə silah ixracı və idxalına, eləcə də Sloveniya ərazisindən silah tranzitinə tam qadağa qoyulduğunu elan edib.
(last modified 2025-08-02T07:41:23+00:00 )
Avq 02, 2025 11:39 Asia/Baku
  • Sloveniya İsraillə bütün silah ticarətini qadağan etdi

Sloveniya hökuməti baş nazir Robert Qolobun göstərişi ilə əliqanlı İsrail rejimi ilə silah ixracı və idxalına, eləcə də Sloveniya ərazisindən silah tranzitinə tam qadağa qoyulduğunu elan edib.

Bu məlumata sasən, Sloveniya hökuməti yazılı açıqlamada belə bir qərara gəldiyini bildirib.

Bəyanatda deyilir ki, Qəzzədə insanlar sistematik olaraq humanitar yardımdan məhrum olduqları üçün ölürlər. Dağıntılar altında, içməli su, qida və sağlamlıq imkanlarından məhrum olaraq ölürlər.

Bəyanatda İsrailin qəsdən humanitar yardımların əldə edilməsinə mane olduğu vurğulanaraq qeyd olunur ki, belə vəziyyətlərə görə məsuliyyət daşıyan hər bir dövlət tədbir görməlidir. Sloveniya beynəlxalq hüququn prinsipial müdafiəsi və insan haqlarının qorunmasının tərəfdarıdır. Bunları nəzərə alaraq Sloveniya İsraillə bütün silah ticarətini qadağan edən ilk AB ölkəsi oldu.