Tramp:
İsrail Qəzzədən geriçəkilmənin birinci etapı ilə razılaşdı
Okt 05, 2025 13:14 Asia/Baku
Amerika prezidenti Donald Tramp şənbə günü gecə bildirdi ki, İsrail rejimi Qəzzə zolağından «geriçəkilmənin ilkin xətti» ilə razılaşıbdır.
Tramp özünün «Truth Social» adlı sosial mediasında qoyduğu mesajda belə yazıb: Müzakirələrdən sonra, İsrail, onlara göstərdiyimiz, Həmas-la da paylaşdırılan «geriçəkilmənin ilkin xətti» ilə razılaşıbdır.
ABŞ prezidenti əlavə edib: Həmas onu təsdiq edən kimi, atəşkəs icra olunacaq. Əsirlər və girovlar mübadiləsi başlanacaq və biz, bizi bu üçminillik fəlakətin sonuna yaxınlaşdıracaq geriçəkilmənin növbəti mərhələsi üzrə şəraiti/ yaradacağıq.