Okt 01, 2025 14:11 Asia/Baku
  • Paşinyan: Sülh sazişi Konstitusiya dəyişiklikləri tələb etmir

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, sülh sazişinin imzalanması kontekstində konstitusiya dəyişikliklərinə ehtiyac yoxdur.

Paşinyan ATƏT Parlament Assambleyasında deputatların suallarını cavablandırarkən belə deyib: “Azərbaycan iddia edir ki, Ermənistanın Konstitusiyasında Azərbaycan ərazilərinə dair iddialar var. Halbuki, 2024-cü ilin sentyabrında Ermənistanın Konstitusiya Məhkəməsi Ermənistan və Azərbaycanın sərhəd müəyyənləşdirmə komissiyalarının birgə fəaliyyət qaydalarını nəzərdən keçirərkən qeyd etdi ki, bu razılaşma Ermənistan Respublikasının Konstitusiyasına heç bir şəkildə zidd deyil”.

Ermənistan baş naziri vurğulayıb ki, sülh sazişi ilkin imzalanıb, tərəflər qeyd ediblər ki, keçmiş SSRİ respublikaları müstəqil dövlətlərə çevrilib və beynəlxalq ictimaiyyət tərəfindən belə tanınıb, biri-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərin toxunulmazlığını tanıyır, biri-birinə qarşı ərazi iddiaları yoxdur və gələcəkdə belə iddiaları qaldırmamağa söz verirlər.