Ulyanov:
MAQATE müfəttişlərinin İrana qayıtması mümkün deyil
Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin İrandakı nüvə obyektlərinə qayıtmasını qeyri-mümkün hesab edib.
Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib ki, ABŞ-nin İrana qarşı yeni hücumlarla bağlı davamlı təhdidləri fonunda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin İrandakı nüvə obyektlərinə qayıtması mümkün deyil.O, “Russia Today” beynəlxalq multimedia mətbuat mərkəzində keçirilən mətbuat konfransında deyib ki, Amerikalılar İran ərazisinə raket hücumlarını dayandıracaqlarına dair heç vaxt heç bir zəmanət verməyiblər.Ulyanov əlavə edib: “Əksinə, onlar demək olar ki, hər gün, bəzən isə gündə bir neçə dəfə, İranı belə hücumlarla hədələyirlər. Belə bir şəraitdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin İranda olması məsələsini müzakirə etməyin nə mənası var? Onlar orada ABŞ-nin belə göstərişləri əsasında öldürüləcəklər"ABŞ və İsrailin İranda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında olan nüvə obyektlərinə hücumlarından sonra Agentliyin baş direktoru Rafael Qrossi dəfələrlə yoxlamaların vəziyyəti və müfəttişlərin İrana qayıtması məsələsinə münasibət bildirib.İran isə bəyan edib ki, MAQATE müfəttişlərinin nüvə obyektlərinə girişi, yalnız təhlükəsizlik şəraiti təmin edildikdən və Agentliyin nəzarətində olan obyektlərə hücumların təkrarlanmayacağına zəmanət verildikdən sonra mümkün ola bilər.