Nobel Mükafatı Komitəsi Trampı ittiham edib
“Tramp Nobelə kölgə salır” - AKTUAL
Tramp Nobelə kölgə salır, mükafat verən qurum akademik azadlığın təhlükədə olduğunu bildirir.
Bu məlumata əsasən, İsveç Krallığının Elmlər üzrə Akademiyasının vitse-prezidenti bəyan edib ki, ABŞ prezidenti “dağıdıcı nəticələrə” səbəb ola biləcək tədbirlər təklif edib.
Onun xəbərdarlığına görə, siyasi müdaxilələr uzunmüddətli mənfi təsirlərə səbəb ola bilər, alimlər isə gələn həftə açıqlanacaq Nobel mükafatlarını gözləyirlər.
Donald Trampın ikinci prezidentlik müddəti ərzində təqdim etdiyi təklifə münasibət birmənalıdır. Tənqidçilər bu təklfin təhsil və elmi araşdırmalara maneə törədəcəyini deyirlər.
Bununla əlaqədar Kimya, fizika və iqtisadiyyat sahəsində Nobel mükafatlarını təqdim edən İsveç Kral Elmlər Akademiyasının vitse-prezidenti Ylva Engstrom Tramp administrasiyasının dəyişikliklərini məsuliyyətsiz adlandırıb və deyib: “Akademik azadlıq demokratik sistemin dayaqlarından biridir”
Bir çoxları tərəfindən dünyanın ən nüfuzlu elmi mükafatları sayılan Nobel mükafatlarının qalibləri gələn həftədən elan ediləcək. İlk olaraq bazar ertəsi tibb və ya fiziologiya sahəsindəki mükafat açıqlanacaq, sonuncu olaraq isə bir həftə sonra iqtisadiyyat üzrə qalib bəlli olacaq.
Tramp bir neçə dəfə Nobel Sülh Mükafatına layiq olduğunu söyləyib, baxmayaraq ki, mütəxəssislər onun şanslarının çox az olduğunu bildirirlər.
Maraqlıdır ki, dünyada özünəvurğun prezident kimi tanınan və bu səbəbdən də lağ obyektinə çevrilən Donald Trampın Nobel sülh mükafatına namizədliyini Azərbaycan və Ermənistanın dövlət başçıları dəstəkləyirlər.