ABŞ senatı Tramp hökumətinin büdcə layihəsini qəbul etməkdə 11-ci dəfə uğursuz qaldı
Amerika senatı yerli vaxtla, bazar ertəsi günü gecə, Donald Tramp hökumətinin şatdaun vəziyyətinin iyirminci günü ilə bir zamanda, respublikaçıların, hökumət büdcəsini noyabrın iyirmi birinədək təmin edə biləcək layihəsini qəbul etməkdə on birinci dəfə aciz qalıb.
Səsvermə, əlli «lehinə» səs qarşılığında, qırx üç «əleyhinə» səs nəticəsilə başa çatıb. Belə bir halda, layihənin qəbul olunması üçün azı atlmış səsə ehtiyac var idi.
Konqresin nümayəndələr palatasının respublikaçılar fraksiyası tərəfindən təqdim olunan layihə, qəbul ediləcəyi təqdirdə, federal hökuməti noyabrın iyirmi birinədək yenidən aça və illik büdcə layihələri barədə razılığa gəlməsi üçün konqresə daha çox zaman verə bilərdi.
Senatın respublikaçı liderləri, hökumətin bağlanmasından zərər çəkən federal dövlət qulluqçularının maaşlarının ödənişi üzrə layihəni araşdırmaqdadırlar. İrəliləmək istiqamətində atlmış səs astanasından keçid, ikipartiyalı dəstək tələb edir.
Birləşmiş Ştatlar hökuməti konqres başçılarının müvəqqəti büdcə layihəsi barədə razılığa gələ bilməmələrindən və qanunvericilərin bu çıxılmazlığı sındırmaq üçün hər bir vasitəyə əl atmalarından sonra yerli vaxtla oktyabrın biri, gecə yarısı bağlandı.
Amerikanın xəzinədarlıq naziri Skott Bessant, federal hökumətin tətil vəziyyətinin bu ölkə iqtisadiyyatına gündəlik olaraq on beş milyard dollar zərər və zərbə vurduğunu bildirib.