Amerika yenidən Venesuela yaxınlığındakı bir qayığa hücum etdi
ABŞ-ın müharibə naziri bildirib ki, Vaşinqton Venesuela yaxınlığında Karib dənizində narkotik daşıdığı iddia edilən bir qayığa gecə hücumu həyata keçirib və nəticədə altı nəfər öldürülüb.
ABŞ-ın müharibə naziri Pit Hegset yerli vaxtla cümə günü bildirib: "ABŞ prezidenti Donald Trampın göstərişi ilə Müharibə Nazirliyi Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul olan və terror təşkilatı kimi tanınan “Tren de Aragua” qrupunun nəzarətində olan bir qayığa gecə vaxtı ölümcül hücum həyata keçirib.
Nazir iddia edib: "Kəşfiyyat məlumatlarımız göstərirdi ki, bu gəmi narkotik qaçaqmalçılığında iştirak edir və tanınmış narkotik qaçaqmalçılığı marşrutu üzrə hərəkət edirdi.
Məlumata əsasən, hücum beynəlxalq sularda həyata keçirilib və bu, gecə vaxtı edilən ilk hücum olub. Gəmidə narkotik qaçaqmalçılığı dəstəsinə mənsub olduqları iddia edilən altı nəfər olub və onların hamısı öldürülüb.
Bu əməliyyat ötən sentyabr ayında başlayan və indiyə qədər 43 nəfərin ölümünə səbəb olan ABŞ-ın ən azı onuncu əməliyyatıdır.
Vaşinqtonun narkotik qaçaqmalçılığı şəbəkələri adlandırdığı qruplara qarşı hərbi əməliyyat həyata keçirdiyini iddia edir, lakin Venesuela ABŞ-ı bu ölkə prezidenti Nikolas Maduronun hökumətini devirmək istəməkdə ittiham edir.
Nikolas Maduronun bildirib ki, onun amerikalı həmkarı "narkotiklə müharibə" iddiası ilə bu Latın Amerikası ölkəsini "əsrin ən böyük qitə təhlükəsi" ilə üzləşdirib.