Noy 01, 2025 18:03 Asia/Baku
  • Berlin aeroportu PUA-nın görünməsinə görə, bağlanıb

Pilotsuz uçuş aparatının müşahidə olunmasına görə, Almaniyanın paytaxtı Berlin şəhərinin əsas hava limanında uçuşlar, müvvəqqəti olaraq dayandırılıb.

Yerli vaxtla, cümə günü gecə, Berlindəki Brandenburq hava limanına eniş etməli olan bir neçə təyyarə, Almaniyanın digər hava limanlarına yönləndirilib.

Almaniyanın Münhen aeroportu təqribən bir ay bundan əvvəl, PUA-nın görünməsinə görə, öz fəaliyyətini iki dəfə dayandırmışdı.

Bundan öncə də, pilotsuz uçuş aparatının müşahidə olunması, Norveçin Oslo və Danimarkanın Kopenhagen hava limanlarında/ hava reyslərinin dayandırılmasına səbəb olmuşdu.

Avropa rəsmiləri bu vəziyyətin davam etməsi və təhlükəsizlik nigarançılıqları barədə xəbərdarlıq ediblər.