Noy 01, 2025 18:13 Asia/Baku
  • Amerikanın müharibə alovu sizi bürüyəcək

Karaib dənizində Amerikanın hərbi iştirakı və gərginliklərin artmasının ardınca Venesuelanın xarici işlər naziri region ölkələrinə xəbərdarlıq edib.

O, bildirib ki: Vaşinqtonun hər hansı hərbi müdaxiləsi, bütün regionu səbatsız edəcək.

Venesuelanın xarici işlər naziri İvan Xil, bu ölkənin sahilləri yaxınlığında Amerikanın hərbi donanmasının yerləşdirilməsinə işarə edib. Vurğulayıb ki: Ən ağır nəticələrə məruz qalacaq ölkə, Venesuela olmayacaq; Kolumbiya, Braziliya və Quyan kimi ölkələr, həmçinin Karaib hövzəsi ölkələri bu avantüraya məruz qalacaqlar.

Trinidad və Tabaqo da daxil olmaqla, bəzi ölkələrin militarist mövqelərinə toxunan Venesuelanın xarici işlər naziri, vurğulayıb: Bütün regionun səbatsızlaşması, Donald Tramp hökuməti tərəfindən məsuliyyətsiz bir qərarın qəbul edilməsinin ik nəticəsi olacaq.

Qeyd edək ki, Amerikanın gəmilərə qarşı son hücumlarını pisləyən Birləşmiş Millətlər Təşkilatı, bu hərəkətlərin beynəlxalq hüquq normalarını pozduğunu bildirib və onu, məhkəmədənkənar edamın bariz nümunəsi adlandırıb.