Yan 19, 2026 17:34 Asia/Baku
  • Avropa ölkələrinin ABŞ-ın hərbi bazalarına qarşı mümkün addımı

“Wall Street Journal” nəşri Avropa ölkələrinin ABŞ-ın bu qitədəki hərbi bazalarına qarşı mümkün addımlar ata biləcəyini yazıb.

 “Wall Street Journal” bildirib ki, Avropa İttifaqı Donald Trampın Qrenlandiyanı ələ keçirdikdən sonra digər Avropa torpaqlarına da iddia irəli sürəcəyindən narahatdır.

Yazıda qeyd olunur ki, Avropa ABŞ-ın bu bölgədəki hərbi bazalarından istifadəyə mane olmaq kimi qəti tədbirlər görə bilər.

“Economist” jurnalı da yazıb ki, Avropa ölkələri öz ərazilərində yerləşən ABŞ hərbi bazalarını bağlamaq istiqamətində hərəkət edə bilərlər.

Məlumata görə, Avropanın bu mövqeyi Trampın Qrenlandiyanı “işğal etmək” barədə təhdidlərindən sonra formalaşıb.

Məlumatda deyilir ki, ABŞ-ın Avropadakı hərbi mövcudluğunun gələcəyi mühüm və mübahisəli bir məsələyə çevrilə bilər; bəzi ölkələr bu mövcudluğu öz təhlükəsizliklərinin təminatı hesab edir, digərləri isə bunu Vaşinqtona qarşı təzyiq vasitəsi kimi istifadə etməyin tərəfdarıdır.