"Terrorçu Tramp"a qarşı etirazlar bu dəfə onun Ohayodakı mitinqində
https://azeri.sahartv.ir/news/dünya-i423512-terrorçu_tramp_a_qarşı_etirazlar_bu_dəfə_onun_ohayodakı_mitinqində
Trampın müharibəpərəst siyasətinə qarşı ABŞ-də keçirilən etiraz aksiyaları onun Ohayodakı seçki mitinqi və tərəfdarları ilə görüşü zamanı gərginliyə səbəb olub.
(last modified 2026-10-13T13:10:57+00:00 )
Okt 13, 2026 17:09 Asia/Baku

Trampın müharibəpərəst siyasətinə qarşı ABŞ-də keçirilən etiraz aksiyaları onun Ohayodakı seçki mitinqi və tərəfdarları ilə görüşü zamanı gərginliyə səbəb olub.

Tramp və Netanyahu tərəfindən İrana qarşı aparılan "terrorçu müharibə"nin nəticələri Amerika xalqına təsir etməkdə davam edir; qəzəbli ABŞ vətəndaşları Trampın iştirak etdiyi tədbirlərdə öz etirazlarını bildirmək üçün hər bir fürsətdən istifadə edirlər. Bu "terrorçu müharibə"nin fəsadları səbəbindən Respublikaçılar Partiyasını bürüyən böhran fonunda tam bir çarəsizlik içində hərəkət edən Tramp seçki çıxışları vasitəsilə respublikaçı seçicilərin dəstəyini yenidən qazanmağa çalışır, bununla belə Amerika vətəndaşları davamlı olaraq, artan əmtəə qiymətləri və xüsusilə də Trampın düşünülməmiş avantürasının birbaşa nəticəsi olan yanacaq qiymətlərindəki kəskin artımdan qəzəblidirlər və ABŞ-nin "terrorçu hökuməti"nin başçısının göründüyü hər yerdə öz qəzəblərini ifadə edirlər. Bu dəfə Tramp və onun administrasiyasının müharibəpərəst siyasətinə qarşı etirazlar Ohayoda tərəfdarlarla keçirilən seçki mitinqində qarışıqlığa səbəb olub. Tramp lovğalıq edərək, İrana qarşı aqressiv bəyanatlar səsləndirərkən, mitinqdəki etirazçılar onun çıxışını kəsiblər. Daha sonra təhlükəsizlik qüvvələri onları zorla ərazidən çıxarıb.