Günəşə peyk göndərilir
-
Günəşə peyk göndərilir
Amerikanın Milli Aeronavtika və Kosmos İdarəsi(NASA) "Günəşə toxunma" adlı ilk missiyasını təqdim etmək istəyir. Bunda məqsəd kosmik gəmini günəşə ən yaxın məsafədə yerləşdirməkdən ibarətdir.
NASA keçmişdəki ilə müqayisədə günəşə daha yaxın kosmik gəmi göndərməyi planlaşdırır. 2018-ci il yayda kosmosa atılacaq bu kosmik gəmi Günəşi qızdıran mexanizmlər barədə eləcə də Günəşin atmosferinin ən isti hissəsi barədə məlumat toplamalıdır.
Hələlik bilinməyən səbəblərə görə Günəşin tacı onun səthi ilə müqayisədə neçə yüz dəfə artıq istidir və bu hissənin temperatoru 500 min dərəcəyə çatır.
Bu araşdırma yer kürəsinin həyatına təsir edəcək geniş miqyaslı iqlim hadisələrinin proqnozlaşdırılması imkanlarını genişləndirəcək.
Bu kosmik gəmi 1400 dərəcə istiliyə davamlı olacaq.